Təşəkkürlər, Hörmətli İlahə xanım! 🙏
Konvektor satışımızı etdiyimiz İlahə xanımdan bir neçə il sonra növbəti müraciəti zamannı kiçicik bir etiraf. Sifarişdən öncə çox tərəddüdləri var idi — “konvektor ya adi radiator, birdən deyilən kimi olmaz, nəsə tərs olar” — kimi düşüncələri var idi. Amma zaman göstərdi ki, doğru seçim etmişdir. Müştəri məmnuniyyəti və etibarı illər sonra yenidən işini bizə etibar etməsinə gətirdi.
Bu gün illər keçib, amma konvektor hələ də İsveç saatı kimi işləyir. Nə bir nasazlıq, nə bir narazılıq. Əksinə — istiliyi saxlayır, evinizə rahatlıq gətirir. Sizin də məmnuniyyətiniz bizi çox sevindirdi. 🏡✨
Sifarişçimizin səmimi etirafından sonra biz də etiraf edək:
Siz çox hörmətli İlahə xanım — Azərbaycanda ilk konvektor müştərimiz, sifarişçimiz olmusuz və indi də dostumuzsunuz.
İnsanlığınız, anlayışınız və bizə verdiyiniz dəyərə görə təşəkkür edirik. Bizim üçün çox qiymətlisiniz! ❤
— Ramizoglu komandası